Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2022 12:08
İranın dini rəhbəri Xameneyinin Ərdəbil əyalətindəki nümayəndəsi və Ərdəbil şəhərinin cümə imamı Seyid Həsən Ameli sentyabrın 9-da cümə namazı çıxışında yenidən Azərbaycana qarşı ittihamlar irəli sürüb.
Ərdəbil mollası iddia edib ki, Azərbaycan vətəndaşları ona zəng edərək ağlayır, Ərbəin ziyarətinə qatılmalarına icazə verilmədiyini bildirirlər. O, Azərbaycan dövlətinə məsləhətlər verməyə də cəhd edib.
Cümə imamı Azərbaycan dövlətinin xalqı özünə düşmən etdiyi və "azəri"lərin telefon danışıqlarında qan ağladıqları kimi sərsəm fikirlər söyləyib.
O, daha sonra Ərbəin mərasimlərindən siyasi məqsədlərlə istifadənin vacibliyindən danışıb. Ərdəbil mollası bu mərasimlərdən fərdi, ölkə və beynəlxalq səviyyədə yetərincə faydalanmağın, "imperializmə qarşı etiraz yürüşü" kimi keçirilməsinin zəruri olduğunu dilə gətirib.