Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2019 12:44
Bakı. Trend:
Türkiyədə 2,9 və 3,6 bal gücündə iki zəlzələ baş verib.
Trend-in məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 09: 08-də və 09: 10-da hiss olunub.
Zəlzələnin episentri Yalova vilayətinin sahillərində Marmara dənizi yaxınlığında qeydə alınıb. Birinci zəlzələnin episentri 6,8 kilometr dərinlikdə, ikinci zəlzələnin episentri isə 10,6 kilometr dərinlikdə yerləşib.
Dağıntı və insan tələfatı qeydə alınmayıb
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin