Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Sentyabr 2022 16:00
Baş Prokurorluq həbsdə olan vəkil Elçin Sadıqovun vəkilləri ilə görüşə bilməməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildiriblər ki, bəzi media və sosial şəbəkə səhifələrində təqsirləndirilən şəxs Sadıqov Elçin Əli oğlunun vəkilləri ilə görüşə bilməməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
Bununla bağlı bildiririk ki, Elçin Sadıqov öz istəyi ilə dəvət edilmiş vəkillər -Şəhla Hümbətova, Bəxtiyar Hacıyev və Cavad Cavadovun cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən hüquqi xidmətləri ilə təmin edilib.