Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Acun Azərbaycan xalqına başsağlığı verdi

Acun Azərbaycan xalqına başsağlığı verdi

Tarix: 14 Sentyabr 2022 18:38

Türkiyənin məşhur iş adamı və "TV8" telekanalının rəhbəri Acun Ilıcalı Ermənistanın Azərbaycana qarşı sərhəddə törətdiyi təxribatlarla bağlı paylaşım edib.

Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, Ilıcalı sosial şəbəkə hesabında Azərbaycanla Türkiyənin yan-yana olan bayraqlarının fotosunu yayımlayaraq, şəhidlərimizi anıb, ailələrinə isə başsağlığı ünvanlayıb.

"Azərbaycan ordusunun qəhrəman şəhidlərinə Allahdan rəhmət, qardaş Azərbaycan xalqına başsağlığı diləyirəm" - Acun paylaşımına şərh yazıb.

Qeyd edək ki, sentyabrın 13-ü gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində sərhəddə toqquşmalar baş verib.

Müdafiə Nazirliyinin açıqladığı məlumata görə, hərbi toqquşmalarda Azərbaycan Ordusu 50 şəhid verib.


Etiketlər:  Acun Azərbaycan xalqına başsağlığı verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ