Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Atlet-24” gəmisi əsaslı təmir olunub

“Atlet-24” gəmisi əsaslı  təmir olunub

Tarix: 15 Sentyabr 2022 07:48

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının "Atlet-24" kran gəmisinin əsaslı təmir işləri başa çatıb.

ASCO-dan bildirilib ki, təmir çərçivəsində 40 tonluq yükqaldırma qabiliyyətinə malik kran, baş mühərriklər, nasoslar, boru sistemləri təmir edilib, köməkçi mühərriklər sazlanıb. Gəminin generatorları, elektrik avadanlıqları və idarəetmə sistemləri təmir olunub.

Həmçinin işçi heyətin yaşayış şəraitini yaxşılaşdırmaq üçün yeməkxana, sanitar qovşaqlar, istirahət otağı və kayutlarlarda zəruri işlər yerinə yetirilib.

Gəmi tərsanəyə qaldırılıb, gövdənin sualtı və suüstü hissəsi təmizlənərək rənglənib. Bundan başqa, gəminin hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğuları təmir olunub.

Qırx tonluq yükqaldırma qabiliyyətinə malik kran qurğusunun sınaq işlərindən sonra gəminin hərəkət vəziyyətində mexanizm və elektrik avadanlıqları yoxlanılıb. Bu məqsədlə üzən vasitə dəniz sınağına çıxarılıb. Sınaq işləri uğurla başa çatıb və gəmi yenidən dənizçilərin ixtiyarına verilib.

"Atlet-24" kran gəmisinin təmir işləri "Bibiheybət" Gəmi Təmiri Zavodunda həm Zavodun, həm də Xəzər Dəniz Neft Donanmasının Gəmi təmiri emalatxanasının əməkdaşlarının iştirakı ilə yerinə yetirilib.


Etiketlər:  Atlet gəmisi əsaslı təmir olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ