Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2022 07:24
Qərb ölkələri Ukraynaya 36 milyard avrodan çox hərbi yardım etməyi planlaşdırır.
Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə Almaniyanın dünya iqtisadiyyatı üzrə Kiel İnstitutunun "Ukraine Support Tracker" (Ukraynaya Dəstək İzləyicisi - Red) xidmətinin məlumatlarında yer alıb.
Qeyd olunub ki, ABŞ Ukraynaya ən böyük silah və hərbi texnika tədarükçüsüdür. Bu ölkənin payı 25 milyard avro təşkil edəcək. Təchizat baxımından Böyük Britaniya ikinci yerdədir. Londonun payı 4 milyard avro olacaq.1 milyard avrodan çoxunu da Polşa (1,8 milyard avro) və Almaniya (1,2 milyard avro) ayıracaq.
Ukraynaya planlaşdırılan ümumi yardımın həcminə görə də ABŞ liderdir ( 44,5 milyard avro).
"Politico" qəzeti isə ABŞ administrasiyasının bu həftə Ukraynaya təqribən 600 milyon dollar dəyərində növbəti silah tədarükünü elan edəcəyini yazıb. Nəşrin məlumatına görə, Pentaqonun ehtiyatlarından Kiyevə avadanlıq və silahlar tədarük ediləcək.