Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu avtomobillərin ƏDV-dən azad olma müddəti 1 il uzadıldı

Bu avtomobillərin ƏDV-dən azad olma müddəti 1 il uzadıldı

Tarix: 16 Sentyabr 2022 10:32

İstehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı üzrə ƏDV-dən azad olma əlavə 1 il artırılacaq.

Sonxeber.net xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2023-cü ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında əksini tapıb. Bildirilib ki, bu, 2023-cü il üzrə gəlirlər üzrə siyasətin əsas istiqamətlərindən biri olacaq.

Eyni zamanda dövlət əmlakının özəlləşdirilməsinin dövlət proqramlarına uyğun olaraq 01.01.2023- cü ildən sonra özəlləşdirilməsi barədə qərar qəbul edilən dövlətə məxsus hüquqi şəxslər özəlləşdirilmə prosesi müddətində, lakin 3 ildən çox olmayaraq əmlak və torpaq vergilərindən azad olunması nəzərdə tutulur.


Etiketlər:  avtomobillərin ƏDV dən azad olma müddəti uzadıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ