Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Erməni təxribatı zamanı şəhid olan Cəmil Qurbanzadə ADBTİA-nın tələbəsi imiş

Erməni təxribatı zamanı şəhid olan Cəmil Qurbanzadə ADBTİA-nın tələbəsi imiş

Tarix: 16 Sentyabr 2022 23:02

Ermənistan Silahlı Qüvvələrinin son təxribatları zamanı şəhid olan Cəmil Qurbanzadə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) tələbəsi olub.

ADBTİA-dan Sonxeber.net-a verilən məlumata görə, 2020-ci ildə boks üzrə məşq və fiziki hazırlıq fakültəsinin qiyabi şöbəsinə daxil olan Qurbanzadə 1 il sonra həqiqi hərbi xidmətə yollanıb.

O, Laçın istiqamətində düşmənin təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalıb.

Cəmil Qurbanzadə 2003-cü il aprelin 27-də Astara şəhərində anadan olub.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.


Etiketlər:  Erməni təxribatı zamanı şəhid olan Cəmil Qurbanzadə ADBTİA nın tələbəsi imiş


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ