Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bayden Rusiyaya xəbərdarlıq edib

Bayden Rusiyaya xəbərdarlıq edib

Tarix: 17 Sentyabr 2022 08:04

ABŞ prezidenti Co Bayden Rusiyaya Ukraynada taktiki nüvə və ya kimyəvi silahdan istifadənin fəlakətli nəticələri olacağını deyib.

Milli.Az APA-ya istinadən bildirir ki, CBS jurnalistinin Rusiya prezidenti Vladimir Putinə qeyri-ənənəvi silahlardan istifadə ilə bağlı nə deyəcəyini soruşduqda Bayden təkrarlayıb:

"Bunu etmə, bunu etmə, bunu etmə. Bu, İkinci Dünya Müharibəsindən bəri heç bir şeyə bənzəməyən müharibə simanı dəyişəcək".

ABŞ prezidenti Vaşinqtonun belə bir halda necə reaksiya verəcəyini dəqiqləşdirməkdən imtina edib.

"Dəqiq bilsəm, sizə deyərdimmi... Nəticələri olacaq. Onlar dünyada əvvəlkindən daha çox kənarda qalacaqlar və etdiklərinin miqyasından asılı olaraq, cavabın nə olacağını müəyyənləşdirəcəyik", - deyə Bayden bildirib.

Xatırladaq ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu avqust ayında Ukraynada xüsusi əməliyyat zamanı kimyəvi silahdan istifadə ehtimalı ilə bağlı iddiaların absurd olduğunu bildirib.

Milli.Az


Etiketlər:  Bayden Rusiyaya xəbərdarlıq edib


RƏYLƏR