Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bazar günü 35 dərəcəyədək isti olacaq

Bazar günü 35 dərəcəyədək isti olacaq

Tarix: 17 Sentyabr 2022 12:20

Sentyabrın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, Abşeron yarımadasında gecə 20-23° isti, gündüz 25-29° isti, Bakıda gecə 21-23° isti, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-20° isti, gündüz 30-35° isti, dağlarda gecə 5-9° isti, gündüz 12-17° isti olacaq.

Milli.Az


Etiketlər:  Bazar günü 35 dərəcəyədək isti olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ