Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ağstafada kommunal tipli yaşayış binasında yanğın olub

Ağstafada kommunal tipli yaşayış binasında yanğın olub

Tarix: 2 May 2019 09:18

Bakı. Trend:

Ağstafada ikimərtəbəli kommunal tipli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Poylu qəsəbəsində ikimərtəbəli kommunal tipli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Etiketlər:  Ağstafada kommunal tipli yaşayış binasında yanğın olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ