Tarix: 30 Sentyabr 2019 12:24
Mövsümə uğursuz başlayan "Milan" baş məşqçisi ilə yolları ayıra bilər.
Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, "rossonyerlər" bu yay komandaya cəlb olunan Marko Campaolonun işindən narazıdır.
"Milan" A Seriyasında ilk 6 oyunun 4-də məğlub olub. Bu səbədən Campaolunun göndəriləcəyi bildirilir. Klub rəhbərliyinin hazırda işsiz olan, "Milan"ın sabiq çalışdırıcısı Massimiliano Alleqri ilə danışıqlara başladığı da iddia edilir.
Qeyd edək ki, hazırda 6 xalı olan "Milan" A seriyasında 16-cı pillədə qərlarlaşıb.