Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Deputat: Qadağan olunmasına baxmarayaq, qapalı yerlərdə siqaret çəkməyə davam edirlər

Deputat: Qadağan olunmasına baxmarayaq, qapalı yerlərdə siqaret çəkməyə davam edirlər

Tarix: 30 Sentyabr 2019 12:51

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk iclasında deputat Musa Quliyev “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun tələblərinə əməl edilməməsi məsələsini qaldırıb.

Trend-in məlumatına görə, M.Quliyev bildirib ki, qanun qapalı yerlərdə siqaret çəkməyi qadağan etsə də, bu gün hələ də belə məkanlarda siqaret çəkənlər var.

Deputat qeyd edib ki, parlamentin bu məsələyə müdaxilə etməyə səlahiyyəti yoxdur: “Ancaq biz müvafiq qurumların diqqətinə çatdırmalıyıq ki, bu məsələ nəzarətə götürülsün”.

M.Quliyev əlavə edib ki, televiziyalarda energetik içkilərin reklamı qadağan edilməlidir:

"Energetik içkilərin uşaqlara, yeniyetmələrə, gənclərə zərərli təsirlərinin olduğu tibbi həqiqətdir. Bütün dünya bununla bağlı həyacan təbili çalır. Təəssüflər olsun ki, Azərbaycanın bütün özəl televiziya kanallarında enerji içkiləri reklam edilir. Bununla bağlı “Reklam haqqında” qanuna dəyişiklik edilməlidir".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Deputat Qadağan olunmasına baxmarayaq qapalı yerlərdə siqaret çəkməyə davam edirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ