Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milli Məclisdə Qarabağ komitəsi yaradılsın - TƏKLİF

Milli Məclisdə Qarabağ komitəsi yaradılsın - TƏKLİF

Tarix: 30 Sentyabr 2019 13:36

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclisdə Qarabağ komitəsi yaradılmalıdır.

Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli çıxış edib.

O qeyd edib ki, daimi fəaliyyət göstərən Dağlıq Qarabağ komitəsi yaradılmalıdır.

T.Kərimli bildirib ki, Azərbaycanın öz torpaqlarını azad etmək hüququ var: “Bizim hər gücdən istifadə etmək səlahiyyətimiz var. Biz ermənini deyil, erməni bizi düşmən seçib. Bizə düşmən gözü ilə baxanlarla milli barışıq, “xalq diplomatiyası”nı qəbul etmirəm”.

Deputat əlavə edib ki, ATƏT-in Minsk Qrupu buranı rəqs meydançasına çevirib: "Minsk qrupunun rəqsə gəlməyi və bizim taleyimizi rəqs diplomatiyasına çevirməsi mənə çox toxunur. Əvvəl şahmat diplomatiyasına oxşadırdılar, indi də rəqs diplomatiyası... Gəlib vals oynayıb gedirlər. Minsk Qrupunun yaradılması səhv addım idi”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Milli Məclisdə Qarabağ komitəsi yaradılsın TƏKLİF


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ