Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gürcüstanda bankda silahlı şəxs bir neçə nəfəri girov götürüb

Gürcüstanda bankda silahlı şəxs bir neçə nəfəri girov götürüb

Tarix: 20 Sentyabr 2022 13:20

Gürcüstanın Kutaisi şəhərində silahlı şəxs Gürcüstan Bankı-nın filialına daxil olaraq bir neçə nəfəri girov götürüb.

Milli.Az APA-ya istinadən bildirir ki, məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb. Hadisə şahidlərinin "Mtavari Arxi" telekanalına verdiyi məlumata görə basqını törədən maskalı şəxsin banka daxil olmasından sonra atəş səsi eşidilib. Bank filialının içərisində işçilər də daxil olmaqla, 10-a yaxın adamın olduğu bildirilib.

Bildirilib ki, hadisə ilə əlaqədar polis xüsusi əməliyyata başlayıb, bank mühasirəyə alınıb və ətrafında hərəkət məhdudlaşdırılıb.

Nazirlik vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

Milli.Az


Etiketlər:  Gürcüstanda bankda silahlı şəxs bir neçə nəfəri girov götürüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ