Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2022 22:36
NATO Rusiyanın Ukraynada keçirmək istədiyi referenduma münasibət bildirib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, təşkilatın Baş katibi Yens Stoltenberq bildirib ki, saxta seçkilərin heç bir legitimliyi yoxdur.
"Bu Putinin müharibəsinin daha da şiddətlənməsi deməkdir. Beynəlxalq ictimaiyyət beynəlxalq hüququn açıq formada pozulmasını qınamalı, Ukraynaya dəstəyini artırmalıdır", - deyə Stoltenberq bildirib.
NATO Baş katibi "seçkilərin" Rusiyanın Ukrayna müharibəsinə heç bir dəyişiklik etməyəcəyini əlavə edib.