Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2022 12:22
Ermənistanda ölən hərbçilərin yaxınları gecədən "Yerablur" hərbi panteonuna toplaşıb.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, onların məqsədi ölkənin Baş naziri Nikol Paşinyanın panteona girişinə əngəl olmaq olub.
Buna baxmayaraq, səhər saatlarından həmin əraziyə çox sayda polis əməkdaşı cəlb olunub.
Polis hərbçilərin yaxınlarına qarşı zor tətbiq edərək onları ərazidən uzaqlaşdırmağa çalışıb.
Məlumata görə, 37 nəfər saxlanılıb və polis bölmələrinə aparılıb.
Saxlanılanlar arasında qadınlar da var və onlardan ikisinin yaralandığı bildirilir.