Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Merilin Monro barədə filmin yaradıcıları onun məzarına baş çəkərək icazə istəyiblər

Merilin Monro barədə filmin yaradıcıları onun məzarına baş çəkərək icazə istəyiblər

Tarix: 22 Sentyabr 2022 16:40

Yeni "Sarışın" filminin yaradıcıları çəkiliş meydançasında Merilin Monronun ruhunun varlığını hiss etdiklərini bildiriblər. Onlar Hollivud əfsanəsinin məzarına gedərək, filmin çəkilişi üçün Monrodan icazə istəyiblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu yeni müsahibəsində 34 yaşlı aktrisa və filmdə Merilin obrazını canlandıran Ana de Armas bildirib.

"Bizim böyük bir açıqcamız var idi və komandadakı hər kəs ora mesaj yazırdı. Sonra qəbiristanlığa getdik və açıqçanı onun məzarı üzərinə qoyduq. Ondan icazə istədik", - deyə aktrisa qeyd edib.

Xatırladaq ki, "Sarışın" filminin premyerası payızın əvvəlində Venesiya kinofestivalında baş tutub. Tənqidçilər bu filmi böyük həvəslə qarşılayıblar. Bioqrafik film 28 sentyabrda "Netflix"də yayımlanacaq.

Milli.Az


Etiketlər:  Merilin Monro barədə filmin yaradıcıları onun məzarına baş çəkərək icazə istəyiblər


RƏYLƏR