Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2022 10:46
Bu gün Ukraynanın Rusiyanın nəzarətində olan 4 vilayətində Rusiyaya birləşməklə bağlı "referendum" keçirilir.
Sonxeber.net APA-ya istinadən bildirir ki, səsvermənin keçiriləcəyi Donetsk, Luqansk, Xerson və Zaporoje vilayətləri Ukraynanın ərazisinin 15%-ni əhatə edir. Cümə günü başlayan "referendum" çərşənbə axşamınadək davam edəcək.
Qərb referendumu qeyri-legitim hesab etdiyini bəyan edib və bunun Rusiya tərəfindən Ukrayna ərazilərinin ilhaqında prekursor kimi istifadə edildiyini bildirib.
Rusiya isə bununla regionda yaşayan insanların öz baxışlarını ifadə etməsinə imkan verildiyini bəyan edib.
Ukrayna Rusiyanın bununla 2014-cü ildə Krımın ilhaqına bənzər addımlar atdığını, hər bir halda "referendum"un nəticəsinin nə Kiyev, nə də beynəlxalq tərəfdaşlar tərəfindən tanınmayacağını açıqlayıb.
"Referendum"un müharibənin eksalasiyası ilə nəticələnəcəyi gözlənilir.