Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2022 20:46
Dünya çox böyük münaqişəyə doğru gedir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
"Serbiyada pensiya, maaş, minimum əmək haqqı əhəmiyyətli dərəcədə yüksək olacaq. Bunlar yaxşı xəbərlərdir. Lakin əgər soruşsanız ki, dünyada müharibələrin bitməsi ilə bağlı yaxşı xəbərlər varmı? O zaman yox, yaxın zamanda bitməyəcək və daha da ağırlaşacaq. Bunu sizə yüz dəfə deyəndə, məni "dram kraliçası", dəli adlandırırdılar. Yekunda isə hər şey doğru çıxdı", - deyə dövlət rəhbəri bildirib.
Vuçiç əlavə edib ki, geosiyasi situasiya uçuruma doğru gedir və dünya birliyi böyük konfliktdə iştirak etməli olacaq.