Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranlı ekspertdən sərsəm açıqlama: ''Bakı Ermənistanın İranla sərhəd vilayətini işğal etməyə çalışır”

İranlı ekspertdən sərsəm açıqlama: ''Bakı Ermənistanın İranla sərhəd vilayətini işğal etməyə çalışır”

Tarix: 24 Sentyabr 2022 11:14

Tehran Universitetinin professoru və geosiyasi məsələlər üzrə siyasi şərhçi ölkəsinin şimal-qərb sərhədlərini "təhdid edən təhlükə" ilə bağlı xəbərdarlıq edərək iddia edib ki, Bakı "Sünik" vilayətini (Zəngəzur) işğal etmək və İranla Ermənistan arasında quru əlaqəsini kəsmək niyyətindədir. 

"Khabar Online" saytının xəbərinə görə, Zəngəzur dəhlizinin əldə edilməsinin Bakı-Ankara cütlüyünə həm geosiyasi güc, həm də geoiqtisadi mövqe qazandırdığına toxunan Arəş Rəisinejad qeyd edib: "Həm Ankara, həm də Bakı Sünik vilayətini işğal edib Azərbaycan Respublikasını bütövləşdirməyə can atır və buna İranın geosiyasi mövqeyini aşındırmaqla nail olmaq istəyirlər".

Onun sözlərinə görə, Bakının apardığı savaş növü və işğal olunmuş torpaqlarını Ermənistandan azad etmək üçün döyüşməsi - hansı ki, bu ölkənin təbii haqqıdır və İran da son müharibədə onlara dəstək verib - şimal tərəfi deyil, onların əsas hədəfi cənub istiqamətidir. 

"Onlar ciddi şəkildə Sünik vilayətinə çatmağa və Naxçıvana çıxış əldə etməyə çalışırlar. Bakının etmək istədiyi, Sünik vilayətini almaq və İranla Ermənistan arasında sərhədi kəsməkdir", - deyə Rəisinejad iddia edib. 

Cəfəng fikirlər səsləndirən iranlı analitik əlavə edib: "Görünür, Bakı cənuba hücum edib Sünik vilayətini işğal etdikdən sonra Qərb-Türkiyə vasitəçiliyi ilə Qarabağı Ermənistana vermək, Bakının əsas hissəsini Naxçıvanla birləşdirən Sünik vilayətini əlindən almaq fikrindədir".


Etiketlər:  İranlı ekspertdən sərsəm açıqlama Bakı Ermənistanın İranla sərhəd vilayətini işğal etməyə çalışır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ