Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2022 13:36
"Rusiya ordusu drondan istifadə edərək Ukrayna hərbçilərinin döyüş mövqelərinə içərisində zəhərli maddə olan konteynerlər atıb".
Sonxeber.net "report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin "Cənub" Əməliyyat Komandanlığından bildirilib.
Əraziyə K-51 xloropikrin qumbarası atıldığı ehtimal edilir:
"İtki yoxdur, kritik durum yaranmayıb".
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə bu il fevralın 24-də başlayıb. Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, indiyədək ölkədə 7 mindən çox dinc sakin həlak olub, 5 min 500 nəfər isə yaralanıb.
Xatırladaq ki, xloropikrin zəhərli maddə olduğuna görə, onu yalnız müvafiq icazə ilə tətbiq etmək olar.