Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yeni GTA-nın hazırlanmasına rekord məbləğdə pul xərcləndi

Yeni GTA-nın hazırlanmasına rekord məbləğdə pul xərcləndi

Tarix: 26 Sentyabr 2022 18:28

"Rockstar Games" "Grand Theft Auto VI" oyununun hazırlanmasına təxminən iki milyard dollar xərcləyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə adıçəkilən oyun studiyasınının kompüterlərini "sındıran" hakerlər qrupu məlumat yayıb.

Deyilənlərin təsdiqi olaraq, iddianın müəllifi haker forumlarından birində şirkət əməkdaşlarının yazışmalarını göstərən skrinşotları dərc edib.

Mesajlardan belə çıxır ki, GTA VI-nın şərti adı "Amerika"dır və layihənin işlənməsinə hələ 2016-cı ildən başlanılıb.

Məlumata görə, 2 milyard dollarlıq büdcə yekun deyil. Belə ki, oyunun istifadəyə verilməsinə daha iki il var. Bu isə o deməkdir ki, GTA VI-nın yaradılmasının ümumi dəyəri daha çox ola bilər.

Milli.Az


Etiketlər:  Yeni GTA nın hazırlanmasına rekord məbləğdə pul xərcləndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ