Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda köhnə binalardan mənzil alanların sayı artıb - VIDEO

Bakıda köhnə binalardan mənzil alanların sayı artıb - VIDEO

Tarix: 26 Sentyabr 2022 18:44

Kirayə mənzil bazarında bahalaşmanın həddindən artıq olması şəhərin mərkəzində bir və iki otaqlı mənzillərə marağı artırıb.

Xezerxeber.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyib ki, xüsusən də Bakının mərkəzindən kənarda olanlar 4-5 otaqlı evlərini satıb şəhərin mərkəzində köhnə tikli olan 3 və 5 mərtəbəli binalaradan ev alamağa üstünlük verirlər.

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki,ekspert deyib ki, köhnə binalardan ev almaq istəyənlər təxminən 10-15 faiz artıb.

Onun sözlərinə görə, köhnə tikili bir və iki otaqlı evlər ən çox Nəsimi, Səbail və Nərimanov rayonu ərazisində satılır.

Rieltor Həşim Qədirov da deyb ki, bu günlərdə kirayə mənzillərə tələb çox, təkilif isə az olduğu üçün bəzi iş adamları köhnə mənzilləri alıb kirayə bazarına çıxarırlar.

Köhnə tikli binalardakı mənzillərə marağın çox olması qiymətlərə də təsir edib.

Ekspert hesab edir ki, həmin binaların bir çoxunun istisimar müddətinin başa çatması və gələcəkdə pilot layihə çərçivəsində yerində yeni binaların tiklilməsini də nəzərə alsaq, yaxın aylarda köhnə tikli evlərin qiymətində enmə müşahidə edilməyəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Etiketlər:  Bakıda köhnə binalardan mənzil alanların sayı artıb VIDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ