Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İqor Dodonun ev dustaqlığının müddəti uzadıldı

İqor Dodonun ev dustaqlığının müddəti uzadıldı

Tarix: 27 Sentyabr 2022 22:52

Moldovanın sabiq prezidenti İqor Dodon hələ bir müddət də ev dustaqlığında qalacaq.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Kişinyovun Apellyasiya Məhkəməsi qərar qəbul edib.

Kişinyov administrasiyası İ.Dodonun vəkillərinin həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətini rədd edib. Eyni zamanda, hakimlər prokurorların həbs müddətinin 20 deyil, 30 sutka uzadılması barədə vəsatətini təmin ediblər.

Qeyd edək ki, mayın 24-də İqor Dodona qarşı dövlətə xəyanət və korrupsiya ittihamları irəli sürülüb.

Milli.Az


Etiketlər:  İqor Dodonun ev dustaqlığının müddəti uzadıldı


RƏYLƏR