Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Polşa öz vətəndaşlarına Rusiyanı tərk etməyi tövsiyə edib

Polşa öz vətəndaşlarına Rusiyanı tərk etməyi tövsiyə edib

Tarix: 27 Sentyabr 2022 23:06

Polşa Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Rusiya ərazisini tərk etməyi tövsiyə edib.

"Rusiya Federasiyasının ərazisində olan Polşa Respublikasının vətəndaşlarına kommersiya və şəxsi vasitələrlə onun ərazisini tərk etmələri tövsiyə olunur", - deyə nazirlikdən bildirilib.

Həmçinin Polşa Xarici İşlər Nazirliyi Ukraynada baş verənlər və Rusiya hakimiyyəti tərəfindən Polşanın dost olmayan dövlət kimi tanınması ilə əlaqədar respublika vətəndaşlarına Rusiyaya səfərdən imtina etməyi tövsiyə edib.

Qeyd olunub ki, Polşanın Rusiyadakı diplomatlarının və konsulluq işçilərinin sayının azalması ilə əlaqədar Polşa vətəndaşlarına birbaşa konsulluq yardımının göstərilməsi imkanları son dərəcə məhduddur.

Həmçinin Polşa vətəndaşlarına xəbərdarlıq edilib ki, təhlükəsizliklə bağlı vəziyyətin kəskin pisləşməsi, sərhədlərin bağlanması və ya digər gözlənilməz vəziyyətlər zamanı evakuasiya xeyli çətinləşə və ya hətta qeyri-mümkün ola bilər.


Etiketlər:  Polşa vətəndaşlarına Rusiyanı tərk etməyi tövsiyə edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ