Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2022 07:50
Rusiya Ukraynadan yeni ərazi əldə etməyəcək. Rusiya Federasiyası Ukraynanın zəbt olunmuş ərazisinə gətirdiyi fəlakətə qoşulacaq.
Sonxeber.net "report"a istinadən xəbər verir ki, bunu Prezident Volodimir Zelenski videomüraciətində Rusiya Federasiyasının tərkibinə daxil olmaq üçün Ukrayna əraziləri ilə bağlı psevdoreferendumlara münasibət bildirərkən deyib.
"Rusiyada bir nəfərin bu müharibəni davam etdirmək istəməsinin bədəli bütün Rusiya cəmiyyətinin normal iqtisadiyyatsız, layiq olmayan həyat və hər hansı insani dəyərə hörmətdən məhrum qalması olacaq. Bunu hələ də dayandırmaq olar. Amma bu dayanma üçün Rusiyada müharibəni həyatdan çox istəyəni dayandırmalı olacaqsınız", - dövlət başçısı bildirib.
Zelenskinin sözlərinə görə, milyonlarla ukraynalı ölkəsinin ərazi bütövlüyünü bərpa etmək, təhlükəsizlik və sülh üçün mübarizə aparır.
"Sabah mübarizəmizin başqa bir günüdür, qələbəyə gedən yolda başqa bir gündür. Bu, bizim üçün xüsusi olacaqmı? Bu gün bizi təhlükəsizliyə və sülhə yaxınlaşdıracaq daha bir gün olacaq. Ərazi bütövlüyümüzün bərpası üçün... Rusiya Ukraynadan yeni ərazi əldə etməyəcək, Rusiya da ölkəmizin zəbt olunmuş ərazisinə gətirdiyi fəlakətə qoşulacaq", - Ukrayna lideri vurğulayıb.
Prezident bildirib ki, cümə günü Milli Təhlükəsizlik və Müdafiə Şurasının növbədənkənar iclası keçiriləcək və orada qərarlar qəbul olunacaq.
"Və biz Rusiyanın istənilən hərəkətinə necə cavab verəcəyimizi bilirik", - Zelenski əlavə edib.