Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Oktyabr 2019 12:56
Bakı. Elçin Mehdiyev – Trend:
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmətçiləri tərəfindən ölkə üzrə 10 min ahıl şəxsə evində xidmət göstərilir.
Trend-in məlumatına görə, bunu bu gün Sabunçu rayonu, Bilgəh qəsəbəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində 1 Oktyabr – Beynəlxalq Ahıllar Gününə həsr edilmiş tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
S.Babayev bildirib ki, pensiya yaşına çatmış şəxslər üçün günərzi qayğı mərkəzləri təsis olunur. Dövlətin bu sahədə siyasəti çoxşaxəlidir və müxtəlif istiqamətdə həyata keçirilir.
Nazir əlavə edib ki, əmək pensiyaları məhz bu gündən – Beynəlxalq Ahıllar Günündən 200 manata çatdırıldı. Bu, 650 mindən çox pensiyaçını əhatə edir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin