Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bacısı qızı Zöhrə Abdullayevanın son vəsiyyətini açıqladı

Bacısı qızı Zöhrə Abdullayevanın son vəsiyyətini açıqladı

Tarix: 2 Oktyabr 2022 06:25

"Biz hər zaman efirlərdən uzaq durmuşuq. Anamgil ailədə üç bacı, iki qardaş olublar. Anam rəhmətə gedib. Amma böyük xalam Şahnaz xanım sağdır. Zöhrə xalam daha çox anamla bir-birinə oxşayırdılar. Həyatda olan xalam təqaüdçudür, 83 yaşı var".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri mərhum Əməkdar artist Zöhrə Abdullayevanın bacısı qızı Günay "Həmin Zaur" proqramında deyib. O, müğənninin son vəsiyyətini açıqlayıb:

"Zöhrə xalam övladının deyil, anasının yanında dəfn olunmağını istəyirdi. Elə də oldu. Onu anasının yanında dəfn etdik. Zöhrə xalamın oğlu Balaxanı qəbiristanlığında dəfn olunub. Zöhrə xalam oğlunun vəfatından sonra üç il yaşadı. Tez-tez gedib Zöhrə xalama baş çəkirdik. Biz də ona yaxın bağda qalırdıq. Dayımın biri sağdır, digəri rəhmətə gedib. Hazırda xalamın evində heç kim yaşamır, evi boşdur. Evi nəvəsinə vəsiyyət edib. Bir nəvəsi daxili qoşunlarda əsgərdir. Bir də 22 yaşında qız nəvəsi var. Gəlini hakimdir, çox mehriban idilər, rəfiqə idilər. Gəlini doğma bacısı qızıdır".

Qeyd edək ki, Z.Abdullayeva ötən ilin mayında 68 yaşında vəfat edib.

Milli.Az


Etiketlər:  Bacısı qızı Zöhrə Abdullayevanın son vəsiyyətini açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ