Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Amma xaricdən aktyor gətirməyə pulları çatır…”

“Amma xaricdən aktyor gətirməyə pulları çatır…”

Tarix: 5 Oktyabr 2022 20:40

Aktyor Sain Fərhad Fərmanlı feysbuk paylaşımı ilə diqqət çəkib.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, sənətçi yerli aktyorlara kifayət qədər qonorar verilmədiyi məsələsinə toxunaraq şikayətlənib:

"Qarabağa aid 8 seriyalı filmdə işləməyimizi istədilər. Qonorar dedik, istəmədilər. Bunların fikri, 6 manat verib bizi bütün havalarda oynatmaqdır. Nə sutkalıq pul istədik, nə də başqa bir şey. Sadəcə, endirimlə öz haqqımız olan qonorarın yarısını dedik. İndi də gedib yenə başqa ölkədən aktyor gətirəcəklər. Onlara pulları çatacaq amma. Bu ölkənin kinosuna xidmət etməyə dəyməz. Çatan istifadə etmək istəyir. Hamı istəyir varlansın, amma sənin haqqını verməsin".


Etiketlər:  Amma xaricdən aktyor gətirməyə pulları çatır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ