Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putin Kerç boğazı ilə bağlı fərman imzaladı

Putin Kerç boğazı ilə bağlı fərman  imzaladı

Tarix: 8 Oktyabr 2022 22:00

Rusiya Prezidenti Vladimir Putin Kerç boğazından keçən nəqliyyat keçidinin, elektrik şəbəkəsi enerji körpüsünün və magistral qaz kəmərinin mühafizəsi tədbirlərinin gücləndirilməsi haqqında fərman imzalayıb.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, sənəd Kremlin saytında dərc olunub.

Fərmana əsasən, mühafizə üzrə tədbirlərin təşkili və əlaqələndirilməsi səlahiyyəti Rusiya Federal Təhlükəsizlik Xidmətinə həvalə edilib.

Rusiya hökumətinə öz aktlarını bu fərmana uyğunlaşdırmaq tapşırılıb.

Bildirilib ki, sənəd imzalandığı andan qüvvəyə minir.


Etiketlər:  Putin Kerç boğazı ilə bağlı fərman imzaladı


RƏYLƏR