Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Nə əxlaqa, nə də insanlığa sığır'' - Ərdoğan sərt DANIŞDI

''Nə əxlaqa, nə də insanlığa sığır'' - Ərdoğan sərt DANIŞDI

Tarix: 9 Oktyabr 2022 22:00

Müğənni Onur Şenerin qətli ilə bağlı danışan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məsələdən sui-istifadə edildiyini bildirib.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, Ərdoğan qeyd edib ki, musiqiçinin qətlini siyasiləşdirmək nə əxlaqa, nə də insanlığa sığır.

"Cinayətkarların layiq olduqları cəzanı almaları üçün işin gedişatını izləyəcəyəm", - Türkiyə lideri qeyd edib.

Qeyd edək ki, Onur Şener Ankara şəhərində əyləncə mərkəzlərinin birində müştərilərin istədiyi mahnını bilməməsinə görə qətlə yetirilib.

Hadisə ilə bağlı 3 nəfər saxlanılıb, araşdırma davam edir.


Etiketlər:  əxlaqa insanlığa sığır Ərdoğan sərt DANIŞDI


RƏYLƏR