Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zaporojye yenidən raket atəşinə tutuldu

Zaporojye yenidən raket atəşinə tutuldu

Tarix: 10 Oktyabr 2022 07:42

Oktyabrın 10-a keçən gecə rus qoşunları yenidən Zaporojjyaya raket zərbələri endirib.

Bu barədə Sonxeber.net Zaporojye vilayətinin rəhbəri Aleksandr Staruxa istinadla xəbər verir.

"Düşmən şəhəri qorxutmaqda davam edir. Təxminən 10-a yaxın raket atılıb. Nəticələr müəyyən edilir".

Xatırladaq ki, oktyabrın 9-da ruslar Zaporojyeyə 20-dən çox raket atıb. Rusiya şəhərə müvəqqəti zəbt olunmuş ərazilərdən - Melitopol və Berdyansk rayonlarından hücum edib.

Hücum nəticəsində doqquz mərtəbəli bina və beş fərdi yaşayış evi qismən dağılıb. İnfrastruktur obyektlərinə və 20 avtomobilə ziyan dəyib.

Son məlumata görə, 14 dinc sakin ölüb, 70-dən çoxu yaralanıb. (publika.az)


Etiketlər:  Zaporojye yenidən raket atəşinə tutuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ