Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Oktyabr 2022 16:40
"Üç həftə əvvəl nənəm Honq-Konqda yaşayan bibimin evinə gedib. Əslində, onun səhhəti Bakıda yaxşı idi. Amma orada gözlənilmədən vəziyyəti ağırlaşıb. Ayaqlarında şişkinliklər əmələ gəldi. Onun ürəyində ciddi problemlər var idi".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri ötən gün Honq-Konqda 82 yaşında vəfat edən Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımovanın nəvəsi, "Səs Azərbaycan" yarışmasının iştirakçısı olan Hilal Süleymanov Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.
Hilalın sözlərinə görə, nənəsinin səhhəti babasının vəfatından sonra daha da pisləşib:
"Nənəmin təkcə ürəyində deyil, böyrəyində də problemlər yaranmışdı. Əziyyət çəkirdi və demək olar ki, böyrəkləri funkisiyasını itirmişdi. Hazırda nəşi bibimin evindədir. Nəşinin Bakıya nə vaxt gətiriləcəyi bilinmir. Bır sıra sənədlər hazırlanmalıdır. Bu proses isə müəyyən vaxt aparacaq. Azərbaycanda nənəmin harada dəfn ediləcəyi ilə bağlı məlumatsızıq".