Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Oktyabr 2022 20:30
Saturnun peyki Enseladda mikroorqanizmlərin həyatı üçün əlverişli şərait ola bilər.
Bu qənaətə Çin Elm və Texnologiya Universitetinin bir qrup alimi gəlib.
"Enselad peykindəki okean suyunun yüksək qələvi olduğu və tərkibində oksigen olmadığı aşkar edilib. Tərkibinə görə bu, bir az Yer üzündə insanların içdiyi qazlı suya bənzəyir", - deyə elmi qrupun rəhbəri Hao Jihua bildirib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, alimin fikrincə, Enseladdakı okeanın 100 min ildən çox yaşı var. Bu səbəbdən də onun mayesində çoxlu fosfor ola bilər.
Qeyd edək ki, əvvəllər müxtəlif elm adamları Enseladda həyat üçün zəruri olan beş əsas elementin olduğunu aşkar ediblər: Hidrogen, karbon, oksigen, azot və kükürd. Fosfor çatışmazlığı alimləri peykdə mikroorqanizmlərin yaşaması üçün şəraitin olması ilə bağlı fərziyyə irəli sürməyə mane olub.