Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev İspaniya Kralını təbrik edib

Prezident İlham Əliyev İspaniya Kralını təbrik edib

Tarix: 12 Oktyabr 2022 11:09

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Əlahəzrət,

İspaniya Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və xoş arzularımı çatdırıram.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost İspaniya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Milli.Az


Etiketlər:  Prezident İlham Əliyev İspaniya Kralını təbrik edib


RƏYLƏR