Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropa Liqası: "Fənərbağça" AEK-lə, "Trabzonspor" "Monako" ilə üz-üzə gələcək

Avropa Liqası:

Tarix: 13 Oktyabr 2022 08:38

UEFA Avropa Liqasının qrup mərhələsində bu gün IV turun oyunları keçiriləcək.

Milli.Az "Report"a istinadən bildirir ki, ümumilikdə 8 qrupda 16 qarşılaşma baş tutacaq.

Türkiyə təmsilçilərindən "Fənərbağça" Kiprdə AEK (Larnaka) komandasının qonağı olacaq. İstanbul təmsilçisi qələbə sayəsində ilk iki pillədən birini təmin edəcək. B qrupunun digər matçında Fransa "Renn"i Ukraynanın "Dinamo" (Kiyev) kollektivi ilə üz-üzə gələcək.

Qonşu ölkənin digər komandası "Trabzonspor" Fransa "Monako"sunu qəbul edəcək. H qrupunun digər matçında Serbiyanın "Srvena Zvezda" klubuMacarıstan "Ferentsvaroş"u ilə görüşəcək.

UEFA Avropa Liqası

Qrup mərhələsi, IV tur

13 oktyabr

A qrupu

20:45. "Budö Qlimt" (Norveç) - "Arsenal" (İngiltərə)

23:00. PSV (Niderland) - "Sürix" (İsveçrə)

Xal durumu: "Arsenal" - 6, "Budö Qlimt" - 4, PSV - 4, "Sürix" - 0

B qrupu

20:45. AEK (Larnaka, Kipr) - "Fənərbaxça" (Türkiyə)

20:45. "Dinamo" (Kiyev, Ukrayna) - "Renn" (Fransa)

Xal durumu: "Fənərbaxça" - 7, "Renn" - 7, AEK - 3, "Dinamo" - 0

C qrupu

20:45. "Betis" (İspaniya) - "Roma" (İtaliya)

23:00. "Lüdoqorets" (Bolqarıstan) - HİK (Finlandiya)

Xal durumu: "Betis" - 9, "Lüdoqorets" - 4, "Roma" - 3, HİK - 1

D qrupu

20:45. "Yunion" (Belçika) - "Braqa" (Portuqaliya)

23:00. "Yunion" (Berlin, Almaniya) - "Malmö"

Xal durumu: "Yunion" - 9, "Braqa" - 6, "Yunion" (Berlin) - 3, "Malmö" - 0

E qrupu

23:00. "Mançester Yunayted" (İngiltərə) - "Omoniya" (Kipr)

23:00. "Real Sosyedad" (İspaniya) - "Şerif" (Moldova)

Xal durumu: "Real Sosyedad" - 6, "Mançester Yunayted" - 3, "Şerif" - 3, "Omoniya" - 0

F qrupu

20:45. "Feyenoord" (Niderland) - "Midtüllan" (Danimarka)

23:00. "Latsio" (İtaliya) - "Şturm" (Avstriya)

Xal durumu: "Feyenoord" - 4, "Midtüllan" - 4, "Latsio" - 4, "Şturm" - 4

G qrupu

20:45. "Qarabağ" (Azərbaycan) - "Olimpiakos" (Yunanıstan)

20:45. "Nant" (Fransa) - "Frayburq" (Almaniya)

Xal durumu: "Frayburq" - 9, "Qarabağ" - 6, "Nant" - 3, "Olimpiakos" - 0

H qrupu

20:45. "Ferentsvaroş" (Macarıstan) - "Srvena Zvezda" (Serbiya)

20:45. "Trabzonspor" (Türkiyə) - "Monako" (Fransa)

Xal durumu: "Ferentsvaroş" - 6, "Trabzonspor" - 3, "Monako" - 3, "Srvena Zvezda" - 0

Milli.Az


Etiketlər:  Avropa Liqası Fənərbağça AEK Trabzonspor Monako ilə üz üzə gələcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ