Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Oktyabr 2022 20:25
"İnsanlıq tamam başqa bir şeydir. Gözəl sənətkar, aktyor, müğənni olmaq olar, amma insan olmaq çətindir. Baxırsan ki, çox gözəl müğənnidir, aktyordur, amma hər dəqiqə kiminsə qəlbinə dəyir. Bu dünya mənasız, boş bir dünyadır, gəlin bir-birimizin qəlbinə dəyməyək, toxunmayaq".
Sonxeber.net xəbər verir ki, bnu moderator.az-a açıqlamasında xalq artisti Fatma Mahmudova deyib. O daha sonra qız övladlarından danışıb.
"Nigar obrazı, rolları özü düşünür, fikirləşir. O onun qanından, canından, istedadından gəlir. Mən ona demirəm ki, belə et, elə et. Nigar həm də müğənniliklə məşğul olur, amma aktrisalıq fəaliyyəti daha genişdir. Qızım İntizar vokalistdir. Onda olan səs deyil, sərvətdir. O səsi mən kəşf etmişdim. Dəyərli sənətkarımız Xuraman Qasımova ona çox dəyər verirdi, təəssüf edirəm ki, İntizar sənətini davam etdirmədi. Biz övladlarımız üçün bu həyatda çalışırıq" deyə sənətkar bildirib.
Xalq artisti xına mərasimlərinə peşəkar sənətkarların getməsinin tərəfdarıdır.
"Xına müqəddəs bitkidir. Sənətkarların xınaya getməsi tamam başqadır, uşaq-muşağın getməsi isə tam başqa. Biz tamam başqa bir xına yaxırıq. Indi ofisiantlar, qarmon ifaçıları, nağara çalanlar da xına aparırlar. Hər bir valideyn də fikirləşməlidir ki, övladının məclisini hansı aktrisa, hansı sənətkar aparır. Müğənniləri, aktrisaları xınaya aparmaq lazımdır, nağara çalanları yox. Mənim üçün ən vacibi öz sənətimdir, uzun illərdir Akademik Musiqili Teatrda çalışıram. Xına da elədir ki, maddi duruma görə gedirik də. Mənə çox irad tutublar ki, niyə xınaya gedirsən? Bunu bir böyük sənətkarımıza dedim, mənə dedi ki, "ona qalsa gərək bizim titullu müğənnilərimiz, sənətkarlarımızın heç biri toylara getməsin". Bizi tamaşaçı tələb edir" deyə sənətkar bildirib.