Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə niqablı qadınlar cərimələnəcək

Bu ölkədə niqablı qadınlar cərimələnəcək

Tarix: 14 Oktyabr 2022 17:50

İsveçrədə ictimai yerlərdə üzü örtən dini geyimlərlə bağlı qadağanı pozan qadınları cərimələyəcəklər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, belə geyimlərlə ictimaiyyət arasına çıxan xanımlar üçün 1000 İsveçrə frankı (təxminən 1700 azn) məbləğində cərimə nəzərdə tutan qanun layihəsi parlamentə göndərilib.

Xatıraladaq ki, 2021-ci ilin martında İsveçrədə referendum keçirilib və ictimai yerlərdə, o cümlədən nəqliyyatda, restoran və mağazalarda üzün gizlədilməsinə qadağa təklifi qəbul olunub. Qərarı ölkə vətəndaşlarının 51,2 faizi dəstəkləyib.

Milli.Az


Etiketlər:  ölkədə niqablı qadınlar cərimələnəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ