Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Magistral su kəmərində qəza: Bakı-Qazax yolunu su basıb - VİDEO - FOTO

Magistral su kəmərində qəza: Bakı-Qazax yolunu su basıb - VİDEO - FOTO

Tarix: 15 Oktyabr 2022 09:32

Bakı şəhərini içməli si ilə təmin edən Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində (Qaz Emalı Zavodunun yaxınlığı) gecə saatlarında baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını su basıb.

Bu barədə Milli.Az-a "Azərsu"nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

Hazırda "Azərsu" ASC-nin rəhbərliyi ərazidədir. Əraziyə xüsusi texnika, maşın-mexanizm, suyu kənarlaşdırmaq üçün nasoslar, qəza briqadaları cəlb olunub, lazımi tədbirlər görülür.

Milli.Az


Etiketlər:  Magistral su kəmərində qəza Bakı Qazax yolunu su basıb VİDEO FOTO


RƏYLƏR