Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyanın itkiləri açıqlandı

Rusiyanın itkiləri açıqlandı

Tarix: 16 Oktyabr 2022 14:06

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 65 300 hərbçisi məhv edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 2 529 tank, 5 193 zirehli maşın, 1 224 operativ-taktiki PUA, 1 589 artilleriya sistemi, 186 hava hücumundan müdafiə sistemi, 268 təyyarə, 242 helikopter, 3 959 avtomobil və tanker, 143 xüsusi texnikadan ibarətdir.

Bildirilib ki, Rusiya ordusu daha çox Krivoy Roq və Baxmut istiqamətlərində itkilər verib.

Milli.Az


Etiketlər:  Rusiyanın itkiləri açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ