Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2022 21:16
Avstriya Xarici İşlər Nazirliyi İran hakimiyyətini yanğında azı 4 nəfərin öldüyü Evin həbsxanasında məhbusların təhlükəsizliyini təmin etməyə çağırıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Xarici İşlər Nazirliyinin Twitter hesabında bazar günü yayılan bəyanatda deyilir.
"Biz İran hökumətini Evin həbsxanasındakı bütün məhbusların, o cümlədən öz fikirlərini dinc şəkildə ifadə etdiklərinə görə haqsız yerə saxlanılanların təhlükəsizliyini təmin etməyə çağırırıq" - bəyanatda bildirilir.
Nazirlik həmçinin xatırladıb ki, bazar ertəsi Aİ xarici işlər nazirləri "İranda davam edən etirazlar kontekstində insan haqlarını pozanlara qarşı sanksiyalar qəbul etmək üçün" görüşəcəklər.