Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkə Ukraynaya bu yardımdan imtina etdi

Bu ölkə Ukraynaya bu yardımdan imtina etdi

Tarix: 17 Oktyabr 2022 22:44

AB ölkələri içərisində yalnız Macarıstan Ukrayna əsgərlərinin Avropada hazırlıq keçməsinə qarşı çıxıb.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri Macarıstan XİN başçısı Peter Siyarto deyib.

"Bu gün AB nümayəndələrinin Ukrayna ordusunun hərbçilərinə hazırlıq keçmək üçün missiyaya başlaması barədə qərar qəbul edildi. Macarıstan bu təşəbbüsə səs vermədi. Biz bu missiyada iştirak etməyəcəyik və vəsait də ayırmayacağıq", - o bildirib.

Onun sözlərinə görə, Macarıstan eskalasiyanın genişlənməsi istiqamətində addımları dəstəkləmir, əksinə, dərhal sülh danışıqlarının başlanmasına tərəfdardır.

Qeyd edək ki, AB XİN başçıları bu gün Ukraynaya 500 milyon hərbi yardım (6-cı tranş) ayırmaq və ukraynalı hərbçilərin Avropada hazırlıq keçməsi barədə qərar qəbul ediblər.


Etiketlər:  ölkə Ukraynaya yardımdan imtina etdi


RƏYLƏR