Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtaliya Ukraynaya yeni hərbi yardım paketi təqdim edib

İtaliya Ukraynaya yeni hərbi yardım  paketi təqdim edib

Tarix: 18 Oktyabr 2022 08:12

İtaliya hökuməti Ukraynaya yeni hərbi yardım paketi təqdim edib.

Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov tviterdə bildirib.

O, hökumətə və İtaliyanın müdafiə naziri Lorentso Queriniyə "ölkənin Rusiya təcavüzünə qarşı müdafiəsini əhəmiyyətli dərəcədə gücləndirməyə kömək edəcək" yeni hərbi yardım paketi təqdim etdiyinə görə təşəkkür edib.

Bundan əvvəl İtaliyanın "Formiche" nəşri ölkənin Ukraynaya hərbi texnika və avadanlıq da daxil olmaqla beşinci hərbi yardım paketini hazırladığını bildirmişdi.


Etiketlər:  İtaliya Ukraynaya yeni hərbi yardım paketi təqdim edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ