Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Erməni hərbçi 370 dollar müqabilində dövlətə xəyanət edib

Erməni hərbçi 370 dollar müqabilində dövlətə xəyanət edib

Tarix: 18 Oktyabr 2022 12:24

Ermənistanın Milli Təhlükəsizlik Xidməti müqavilə əsasında xidmət edən hərbi qulluqçuların birini dövlətə xəyanətdə ittiham edib.

Sonxeber.net "Qafqazinfo"a istinadən xəbər verir ki, sözügedən hərbçinin xarici xüsusi xidmət orqanlarına vacib məlumatlar ötürdüyü iddia olunur.

İstintaq məlumatına görə, hərbçi V.X. 2021-ci ilin noyabrında "Odnoklassniki" sosial şəbəkəsində xarici xüsusi xidmət orqanlarının birinin əməkdaşı ilə tanış olub. 

"O, 6 ay ərzində vatsap üzərindən öz hərbi hissəsinin yerləşmə yeri, döyüş mövqeləri, hərbi hissənin balansında olan avtomobil texnikası barədə dövlət sirrini qarşı tərəfə ötürüb. Hərbçi bunun müqabilində 370 dollar əldə edib", - deyə məlumatda qeyd olunub. 

Həmin hərbçinin saxlanıldığı bildirilir. İstintaq davam edir.


Etiketlər:  Erməni hərbçi dollar müqabilində dövlətə xəyanət edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ