Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Oktyabr 2019 00:50
Bakı. Trend:
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Beynəlxalq Muğam Mərkəzinin birgə həyata keçirdiyi “Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert keçirilib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən Trend-ə verilən məlumata görə, idarənin Qızıldaş Qəsəbə Mədəniyyət Mərkəzində keçirilən konsertdə tarzən Əmrulla Əliyev və kamança ifaçısı Fərrux Haşımlının müşayiəti ilə Beynəlxalq Muğam Mərkəzinin solistləri, muğam müsabiqəsinin qalibləri, xanəndələr Könül Xəlilzadə, Nisbət Sədrayeva və Elgiz Əliyev “Segah”, “Mahur”, “Şur” muğamları və təsnifləri ilə çıxış ediblər.
Bu ilin iyul ayından start götürən “Muğam dünyasına səyahət” layihə ilin sonuna kimi davam edəcək.
Əsas məqsəd milli mədəni irs nümunəmiz və orijinal musiqi mədəniyyətimiz olan Azərbaycan muğamlarını təbliğ etmək, muğamın fəlsəfi dünyasından bəhrələnmək və tamaşaçıların asudə vaxtını məqsədyönlü təşkil etməkdir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin