Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kirayə mənzil bazarında ev tapılmır - Qiymətlər bahalaşacaq - VİDEO

Kirayə mənzil bazarında ev tapılmır - Qiymətlər bahalaşacaq - VİDEO

Tarix: 20 Oktyabr 2022 05:24

Artıq divarlara kirayə mənzil verənlər yox, axtaranlar elan yapışdırır.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, son vaxtlar paytaxtda kirayə mənzil tapmaq sözün əsl mənasında problemə çevrilib. Rieltorlar bildirirlər ki, tələb çox olsa da, təklif azdır. Xüsusilə də 2 aya yaxındır bu hal müşahidə edilir və olan mənzillər də xeyli bahadır. Rieltor Elsəvər Əsədov deyir ki, sözügedən qıtlıq qiymətlərin 10 faiz artmasına səbəb olub.

Sakinlər də kirayə ev tapmaqda çətinlik çəkdiklərini bildirirlər.

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə də deyir ki, qiyməti 600-700 manata kimi olan kirayə evləri tapmaq müşkülə çevrilib. 

Ramil Qasımzadənin sözlərinə görə, vəziyyət bu cür davam edərsə, 1 və 2 otaqlı mənzillər xeyli bahalaşacaq.

Ekspertin sözlərinə görə Bakı ilə yanaşı, Abşeron rayonu ərazisində də analoji vəziyyət hökm sürür.

Milli.Az


Etiketlər:  Kirayə mənzil bazarında tapılmır Qiymətlər bahalaşacaq VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ