Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Oktyabr 2022 09:10
2023-cü ilin yayında Türkiyədə tətil Rusiya vətəndaşlarına ötən mövsümlə müqayisədə 15-20% baha başa gələcək.
Bu barədə Rusiya Tur Operatorları Assosiasiyası məlumat yayıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, qurum türkiyəli ekspertlərin rəyinə əsasən belə qənaətə gəlib.
Ege Dənizi Turoperatorları və Hotelçilər Assosiasiyasının prezidenti, həmçinin Türkiyə Hotelçilər Assosiasiyasının vitse-prezidenti Bülənt Bülbüloğlu bildirib ki, turların qiymətinin artması ilə əlaqədar bir çox istirahət edənlər tətil müddətini azaltmalı olacaqlar.
Türkiyə Hotelçilər Assosiasiyasının prezidenti Müberra Eresinin sözlərinə görə, hotel qiymətləri artıq 20% bahalaşıb, bəzi hallarda isə qiymət artımı 50%-ə çatır. Onun proqnozuna görə, növbəti mövsüm Türkiyə üçün əvvəlkindən qat-qat sərfəli olacaq.