Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qondarma erməni mənşəli toponimlər ''Google Maps''dən yığışdırılır - VİDEO

Qondarma erməni mənşəli toponimlər ''Google Maps''dən yığışdırılır - VİDEO

Tarix: 20 Oktyabr 2022 17:32

"Google Maps"də Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin adı qondarma erməni mənşəli toponimlərdən qurtulur. Qondarma toponimlər Azərbaycan adlarına dəyişdirilir.

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Rəqəmsallaşma sahəsində ictimaiyyətlə əlaqələr üzrə meneceri Vüsalə Səid Əyyubqızı bildirib ki, bu, uzunmüddətli və davamlı səyin nəticəsidir.

O bildirib ki, "Google" və digər bu tipli şirkətlərin müəyyən iş prinsipləri var. Onlar dövlət müəssisəsinin tərtib etdiyi xəritə ilə yox, çox zaman həmin ərazidə yaşayan sakinlərdən gələn müraciətlərə əsasən toponimləri dəyişə bilir: "Yəni 3 il qabaq hələ işğal altında olan torpaqlarda ermənilərin göndərdiyi mesajlara uyun olaraq "Google" şirkəti ola bilər ki, o adları həmin səpkidə dəyişmişdi. Amma artıq son 1 ildə "Google" şirkəti ilə intensiv şəkildə yazışma başlayıb, məntiqli və tutarlı müraciətlərimizə uyğun olaraq əksər toponimlər tədricən dəyişilir".

Qeyd edilib ki, hazırda "Google Map"də bəzi adlar həm Azərbaycan, həm də erməni dillərində göstərilir. Gələcəkdə xəritədə adların erməni dilində göstərilməsi də yığışdırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Etiketlər:  Qondarma erməni mənşəli toponimlər Google Mapsdən yığışdırılır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ