Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zürafə bir yaşlı qızı tapdalayıb öldürdü

Zürafə bir yaşlı qızı tapdalayıb öldürdü

Tarix: 21 Oktyabr 2022 19:10

Cənubi Afrikada zürafə 25 yaşlı qadını şikəst edib və bir yaşlı uşağını öldürüb.

Sonxeber.net bildirir ki, bu barədə "The Mirror" məlumat yayıb.

Çərşənbə günü, oktyabrın 19-da Durban şəhəri yaxınlığındakı "Kuleni Game Park"a gedən ana və qızı heyvan hücumuna məruz qalıb. Zürafə 16 aylıq körpəni və anasını tapdalayıb, bundan sonra zərərçəkənlər xəstəxanaya aparılıb.

Həkimlərin səyinə baxmayaraq, qızı xilas etmək mümkün olmayıb. Ağır xəsarət alan qadın xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. Polis uşağın ölümü ilə bağlı araşdırmalara başlayıb.

Zürafələrin hündürlüyü altı metrə, çəkisi isə 1,2 tona çata bilər. Hücum edərkən, heyvan yalnız bir dırnaq zərbəsi ilə insanı ölümcül yaralaya bilər.

İrfan Vəliyev


Etiketlər:  Zürafə yaşlı qızı tapdalayıb öldürdü


RƏYLƏR